İranlılar razılaşmaya hələ hazır deyillər - Tramp

09:05 23.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp İranın razılaşma əldə etmək istədiyini, lakin buna hələ tam hazır olmadığını bildirib. O, tezliklə qarşı tərəfin buna hazır olacağını qeyd edib.

Hafta.az xəbər verir ki, ABŞ Prezidenti bunu Corciya ştatında Respublikaçılar Partiyasının seçiciləri ilə görüşü zamanı söyləyib.

Hörmüz boğazındakı gərginliyə toxunan ABŞ Prezidenti strateji mövqelərini belə ifadə edib:

“Bizə Hörmüz boğazı lazım deyil, amma nə lazımdırsa, onu da etməliyik. İranın nüvə silahına sahib olmasına icazə verə bilmərik”.